AZ

Bu 4 bankın xalis mənfəəti azaldı (SİYAHI)

"Bank of Baku"nun, "Xalq Bank"ın, “Bank VTB Azərbaycan”nın mənfəətlərində milyonluq azalma 

Azərbaycanda bir sıra bankların xalis məfəəti azalıb.

Valyuta.az bu barədə bankların maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-iyun aylarında “Xalq Bank”ın mənfəəti 34 milyon 003 min manat olub. Bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 10,3% və ya 3 milyon 910 min manat azdır.
2023-cü ilin birinci yarısında “Xalq Bank”ın mənfəətinin həcmi 37 milyon 913 min manat təşkil edib.  

“Bank of Baku”nun bu ilin birinci yarısında xalis mənfəətinin həcmi 11 milyon 009 min manat olub ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 35,4 % və ya 6 milyon 34 min manat azdır.2023-cü ilin birinci yarısında bankın xalis mənfəətinin həcmi 17 milyon 43 min manat təşkil edib. 

“Express Bank”ın bu ilin hesabat dövründə xalis mənfəətini həcmi 6 milyon 19 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,8% və ya 301 min manat azdır.  
“Express Bank”ın 2023-cü ilin yanvar-iyun aylarında mənfəətinin həcmi 6 milyon 320 min manat olub.

“Bank VTB Azərbaycan”nın dövr üzrə xalis mənfəəti 4 milyon 720 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,9% və ya 1 milyon 27 min manat azdır.
2023-cü ilin yanvar-iyun aylarında bankın xalis mənfəəti 5 milyon 747 min manat təşkil edib.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
12
valyuta.az

5Mənbələr