AZ

TƏCİLİ: Rusiyada bu şəhərlər və aerodromlar BOMBALANDI, 4 kənd BOŞALDILDI - CANLI

Rusiyanın növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 75 pilotsuz təyyarəni məhv edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Ukrayna ordusu gecə boyu Rusiyanın müxtəlif regionlarına təyyarə tipli PUA-larla hücum edib: “Onlardan 26-sı Belqorod, 19-u Lipetsk, 7-si Kursk, 5-i Bryansk, 4-ü Voronej, 1-i Orlov, 5-i Krım, daha 8-i isə Qara dəniz səmasında zərərsizləşdirilib. Qara dəniz akvatoriyasında Krım yarımadası istiqamətində hərəkət edən pilotsuz 7 də kater məhv edilib”.

Ukrayna ordusu gecə saatlarında PUA-larla Lipetsk vilayətindəki aerodromlara hücum edib. Musavat.com xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov deyib. Onun sözlərinə görə, ən azı 6 nəfər yaralanıb.

Zərbə nəticəsində mülki binalardan uzaqda partlayıcı qurğular işə düşüb, enerji infrastrukturu zədələnib və bu da elektrik enerjisinin kəsilməsinə səbəb olub. Artamonov dörd yaşayış məntəqəsinin - Koptsevı Xutor, Fedorovka, Yakovlevka və Tynkovka boşaldıldığını bildirib.

Ukrayna ordusunun Kursk bölgəsinə girməsindən sonra Kiyev Rusiya ərazisinə ATACMS-la zərbələr endirmək üçün yenidən ABŞ-a müraciət edib. “Vaşinqton Post” Zelenskinin adının açıqlanmasını istəməyən müşavirinə istinadən məlumat yayıb.

“Belə bir siyasi qərar Ukrayna Silahlı Qüvvələrinə Kursk vilayətinin ələ keçirilmiş ərazilərini qoruyub saxlamağa imkan verəcək. Məsələ budur ki, bu, Rusiya ilə danışıqlar üçün lazımi rıçaq verəcək.
Üç gün ərzində Kursk vilayətində Ukrayna ordusu təxminən 100 km² ərazini ələ keçirib və yüzlərlə rus əsgərini əsir götürüb. Onlar “Qazprom”un Avropaya yanacaq tədarükü üçün istifadə etdiyi “Suca” qazpaylama stansiyasına da nəzarət edirlər”, - o bildirib.

Nəşr qeyd edir ki, Rusiya qırıcılarının Ukrayna qüvvələrinin mövqelərini bombalamaq üçün havaya qalxdığı hərbi aerodromlara uzaqmənzilli raketlərdən istifadə edilməsi planlaşdırılır.
TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Xəyal Bəşirovla Rusiyaya hücumların səbəblərini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
12
musavat.com

10Mənbələr