AZ

30 il əvvəl yoxa çıxdı, illər sonra eyni libasda qayıtdı – FOTOLAR

Rumıniyada yaşayan Vasile Qorqos adlı fermer 30 ildən sonra evinə eyni libasda qayıdıb.

Medianews.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı ensonhaber.com yayımlayıb.

Məlumata görə, Vasile Qorqos adlı şəxs düz 30 il əvvəl heyvanlarını satmaq üçün evindən ayrılıb. Lakin o gündən sonra Qorqosu bir daha heç kim görməyib.

İllərdir haqqında heç bir xəbər olmayan adam, təxminən 30 ildən sonra qəfil peyda olub. O, keçən 30 illə bağlı heç nə xatırlamır. Vasile itkin düşdüyü müddətdə evdə olduğunu iddia edib.

Oğlunu və qızını tanımayan Vasile Qorqos ona verilən suallara əlaqəsiz cavablar verib.

Vasilinin cibindən hətta yoxa çıxdığı günə aid qatar bileti çıxıb.

Nailə QASIMOVA

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
16
medianews.az

10Mənbələr