AZ

Ucuz qiymətə yaşayış evi, torpaq sahəsi və avtomobil almaq istəyənlərin nəzərinə

Avqustun 16-da keçiriləcək hərraca "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan fərdi yaşayış evi və 15 torpaq sahəsi çıxarılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, növbəti tarixdə keçiriləcək hərraca 20 nəqliyyat vasitəsi çıxarılıb.

Avtomobillərin buraxılış tarixləri 1990-2008-ci illəri əhatə edir.

Avqustun 27-də keçiriləcək hərracda isə alıcılar 4 avtomobilə sahib ola bilərlər. Avtomobillərin buraxılış tarixləri 2006-2013-cü illəri əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
15
olaylar.az

10Mənbələr