AZ

Mehriban Əliyevadan taekvondoçumuzla bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında taekvondoçu Qaşım Maqomedovun Olimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.

Prosport.Az xəbər verir ki, Birinci vitse-prezident idmançımızı təbrik edib:

"Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!".

Seçilən
120
49
prosport.az

10Mənbələr