AZ

"Ege Hospital" cərimələnə bilər

"Ege Hospital" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, hospital min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
15
2
e-huquq.az

5Mənbələr