AZ

Padşah öləcək, aləm məhv olacaq: 4000 illik mixi lövhələri deşifrə edildi

Alimlər nəhayət ki, indiki İraq ərazisində 100 ildən çox əvvəl tapılmış 4000 illik mixi lövhələri deşifrə ediblər. Lövhələrdə bəzi Ay tutulmalarının ölüm, dağıntı və epidemiya əlaməti olduğu təsvir edilir.

Publika.az xəbər verir ki, bu barədə "Journal of Cuneiform Studies"də dərc olunmuş məqalədə qeyd olunub. Məqalənin müəllifi London Universitetinin professoru Endryu Corc və müstəqil tədqiqatçı Junko Taniguçidir.

Bildirilir ki, dörd gil lövhə indiyə qədər kəşf edilmiş Ay tutulması əlamətlərinin ən qədim nümunələrini təmsil edir.

Aşkar edilmiş mixi yazılardan birində deyilir ki, “tutulma mərkəzdə buludlu olarsa və dərhal aydınlaşarsa: padşah öləcək, Elam məhv olacaq”. Elam, müasir İranın mərkəzi olan Mesopotamiyada bir bölgə idi.

Başqa bir əlamətdə deyilir ki, “tutulma cənubdan başlayırsa və sonra təmizlənirsə, bu, o zaman Mesopotamiyanın bölgələri olan Subartu və Akkadın süqutu deməkdir”.

Başqa bir əlamətdə deyilir: "Axşam saatlarında tutulma: vəbadan xəbər verir.

Mümkündür ki, qədim astroloqlar tutulmaların hansı əlamətlərdən xəbər verdiyini müəyyən etmək üçün keçmiş təcrübələrdən istifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
publika.az

10Mənbələr