AZ

UNEC rektorunun müşaviri Banqladeşin müvəqqəti hökumətinin rəhbəri oldu (FOTO)

Bakı. Trend:

Nobel Sülh mükafatçısı, UNEC rektorunun müşavri Muhammad YunusBanqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.

Nüfuzlu ictimai xadim, sosial biznes və “mikrokreditin atası”adlandırılan Muhammad Yunus ilk dəfə 2016-cı ildə UNEC-in qonağıolub. “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalqkonfransda çıxış edən Muhammad Yunusa UNEC-in Fəxri doktoru adıverlib və müvafiq diplom təqdim edilib. Konfrans çərçivəsindəUNEC-də Yunus Sosial Biznes Mərkəzi (YSBM) yaradılıb.

2024-cü ilin mart ayında Nobel mükafatçısı Muhammad Yunusuniştirakı ilə UNEC-də yaradılmış Yunus Sosial Biznes Mərkəzininaçılışı olub. Tələbələr arasında sosial biznes ideyasını təşviqetmək məqsədilə yaradılan həmin mərkəzdə professor Muhammad Yunusilk mühazirəsini də söyləyib.

2024-cü ilin mart ayının 29-da isə Nobel Sülh Mükafatı laureatı,professor Məhəmməd Yunusun UNEC-in missiyasına töhfə verməkistəyini əsas tutaraq o, UNEC rektorunun müşaviri təyin edilib.

UNEC
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
10
az.trend.az

10Mənbələr