AZ

“Hizbullah” İranı gözləmədən İsrailə hücum edə bilər – KİV


Livanın şiə hərəkatı “Hizbullah” İranın niyyətindən asılı olmayaraq yaxın günlərdə İsraili vura bilər/
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN  kəşfiyyatla tanış mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Hizbullah İsrailə hücum hazırlığında İrandan daha irəlidədir və buna görə də yaxın günlərdə hücum həyata keçirilə bilər.
“İslam Respublikası da öz növbəsində hələ də cavab tədbirləri hazırlayır və onlar hələ ABŞ-nin İranın genişmiqyaslı hücumu ilə bağlı gözləntilərini doğrultmur”, - məlumatda deyilir.
Mənbələr həmçinin qeyd ediblər ki, şiə hərəkatı İrandan fərqli olaraq, İsraillə ortaq sərhədi olduğu üçün xəbərdarlıq etmədən zərbə endirə bilər:
““Hizbullah” və İranın öz hərəkətlərini necə əlaqələndirdiyi hələlik məlum deyil, lakin Amerika rəsmiləri hesab edirlər ki, onlar növbəti addımlar barədə hələ razılığa gələ bilməyiblər”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
3
yeniavaz.com

10Mənbələr