AZ

Paris-2024: Qaşım Maqomedov gümüş medal qazanıb

Paris-2024: Qaşım Maqomedov gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Oxu.Az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Q.Maqomedov görüş zamanı ayağından ziddi zədə alıb. Ayağını yer basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kiloqram) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

07 avqust, 19:20

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kiloqram) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

Seçilən
92
17
sonxeber.az

10Mənbələr