AZ

Hərbi jurnalist Yevgeni Poddubnı HƏLAK OLDU

Dövlət Dumasının deputatı Mixail Delyagin hərbi müxbir Yevgeni Poddubnının ölümünü açıqlayıb.

interpress.az xəbər verir ki, hərbi müxbirin mümkün ölümü ilə bağlı məlumatı bir sıra hərbi blogerlər və Telegram kanalları təsdiqləyir.

Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Poddubnı bu gün Kursk vilayətində işləyib və Sucanski vilayətində və ətraf ərazilərdə gedən döyüşlərin təfərrüatlarını bildirib.

40 yaşlı Poddubnı rusiyalı müharibə müxbiri, sənədli filmlərin və xüsusi reportajların müəllifidir. O, Yaxın Şərq və Şimali Afrikada üzrə büronun rəhbəri, “Rossiya-24” telekanalında “Müharibə” proqramının müəllifi və aparıcısı olub.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
3
interpress.az

3Mənbələr