AZ

Rafael Hüseynov “Şərəf” ordeni ilə təltif edildi

Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

Korrespondent.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

O, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, R.Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. II, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Seçilən
41
4
korrespondent.az

10Mənbələr