İsrail hərbçilərinin 2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başladığı gündən Qəzza zolağında 39,7 minə yaxın fələstinli həlak olub. Yeniavaz.com xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında yayıb. “İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 39 min 677, yaralananların sayı isə 91 min 645 nəfərə çatıb”, - məlumatda deyilir. Qeyd olunub ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 24 fələstinli həlak olub, 110 fələstinli yaralanıb.