AZ

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəmənin cənub-qərbinə zərbələr endirib

ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Yəmənin husilərin nəzarəti altında olan cənub-qərbindəki Taiz vilayətini bombalayıb.

Vətəninfo.az  xəbər verir ki , bu barədə Mehr yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.Regional medianın məlumatına görə, husilərin nəzarətində olan bir sıra obyektlər, o cümlədən üsyançıların Qırmızı dənizdəki hədəflərə raket zərbələri endirdiyi hərbi bazalar vurulub.Paytaxt Səna da daxil olmaqla, Yəmənin böyük hissəsinə nəzarət edən husilər İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlara cavab olaraq aylardır Qırmızı dənizi keçən gəmiləri atəşə tutur. Birləşmiş Ştatlar və Böyük Britaniya dekabr ayında hərbi koalisiya yaradıb və onların hücumlarına cavab olaraq mütəmadi olaraq Yəməndəki husi hədəflərinə zərbələr endirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
34
veteninfo.az

10Mənbələr