AZ

Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində ciddi “çatlar“ yaranıb -“Financial Times“

Ukraynada etiraf edirlər ki, Silahlı Qüvvələrin müdafiəsində çatlar var və rus qoşunları Donetsk Xalq Respublikasında sürətlə irəliləyir. Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.

Nəşr adı çəkilməyən yüksək vəzifəli ukraynalı məmurun sözlərindən sitat gətirib. "Artıq müdafiəmiz çatlar verir",- o, deyib. O, həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri qondarma "DXR"də taktiki uğurlar əldə edib və vəziyyət dəyişməsə, rus qoşunları daha ​​da irəli gedəcək.

Məqalədə qeyd edilib ki, 2024-cü ilin əvvəlindən Rusiya ordusu Ukraynanın ötənilki uğursuz əks-hücum zamanı tutduğundan az qala iki dəfə çox ərazini işğal edib.

“Financial Times” analitiklərə və hərbi rəsmilərə istinadən qeyd edib ki, Rusiya qoşunları son həftələr ərzində sürətli və əhəmiyyətli ərazi uğurları əldə edib. Bir neçə əsas mövqe və ərazilər işğal edilib. Eyni zamanda, bu ərazilərə yaxın məntəqə və kəndlərdə Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət davamlı olaraq pisləşir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
news365.az

10Mənbələr