AZ

“Paris-2024”: Əfsanəvi güləşçi tarixi ilkə imza atıb

Kubalı yunan-Roma güləşçisi Miyain Lopez Nunes “Paris-2024” Yay Olimpiya Oyunlarında ilkə imza atıb.

“İki sahil” xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən idmançı çilili Yasmani Akosta Fernandesi 6:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Bununla da 42 yaşlı Nunes ardıcıl 5 olimpiadada qızıl medal qazanan ilk güləşçi kimi tarixə düşüb. O, daha əvvəl “Pekin-2008”, “London-2012”, “Rio-2016” və “Tokio-2020”də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Y.A.Fernandesin gümüş mükafata yiyələndiyi bu kateqoriyada iranlı Amin Mirzəzadə və çinli Linqye Menq isə bürünclə kifayətləniblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
5
ikisahil.az

6Mənbələr