AZ

Şimali Osetiya Putinə müraciət etmək istəyir: Osetinləri müharibəyə aparmayın!

RF Şimali Osetiyada ictimai təşkilatlar osetinlərin Rusiya ordusuna çağırışını ləğv etməyə çağırıblar.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, 12 ictimai təşkilat respublika rəhbəri Sergey Menyayloya açıq müraciət edib.

 

Xüsusilə, onlar tələb edirlər: Ukraynada genişmiqyaslı müharibə zamanı yerli sakinlər arasında itkilərin aşkarlanması, həlak olan hərbçilər üçün matəm elan edilməsi və “osetin xalqının nümayəndələrinin” genefondu qorumaq üçün hərbi xidmətə çağırılmasının qadağan edilməsi təklifi ilə prezident Vladimir Putinə müraciət edilməsi.

 

Müracitədə qeyd olunub ki, “respublikada yerli əhalinin azalması geri dönməz xarakter alır” və Vladiqafqaz qəbiristanlıqları “çox doludur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
32
modern.az

10Mənbələr