AZ

Rusiya şəhərində güclü yağış: Fırtına xəbərdarlığı elan edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Vladivostok şəhərində güclü yağış bir çox fəsadlara yol açıb.
Bu barədə Oxu.Az AiF.ru-ya istinadən xəbər verir.
Məlumata görə, şəhərin küçələrində "palçıq fəvvarələri" əmələ gəlib, bazar ərazisini və küçələri su basıb, nəqliyyat vasitələri su içində qalıb. Bəzi maşınlar xarab olub və hərəkət edə bilmir. Avtobuslarda isə sərnişinlər dizlərinə qədər suyun içində otururlar.
Şəhərdə, həmçinin fırtına xəbərdarlığı elan edilib.
"Vladivostokda təhlükəli hadisələrlə bağlı xüsusi fırtına xəbərdarlığı elan edilib. Yaxın iki saat ərzində şəhərə güclü yağış yağacağı gözlənilir", - deyə şəhər administrasiyasının "Telegram" kanalında bildirilib.
Şəhər administrasiyasının məlumatına görə, yağıntının miqdarı 70 mm-ə qədər olacaq və təhlükə kriteriyasına çatacaq. Şəhərdə güclü yağışın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
oxu.az

10Mənbələr