AZ

Baş prokuror Balakəndə qəbul keçirdi

Avqustun 6-da Baş prokuror Kamran Əliyev Balakən rayonunda qəbul keçirib. SİA Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon prokurorluğunun inzibati binasında keçirilən qəbulda Balakən, Zaqatala, Qax rayonu və digər bölgələrdən olan vətəndaşlar iştirak edib.

Qəbuldan əvvəl baş prokuror xalqımızın Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 28 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq" informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
49
sesqazeti.az

10Mənbələr