AZ

"İran öz gücünü İsrailə də, ABŞ-a da göstərə bilər" - YENİ MÜHARİBƏ BAŞLAYACAQMI?

"HƏMAS"ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi yaxın şərqdə gərginliyi kifayət qədər artırıb. Bununla bağlı bu gün müharibə haqqında proqnozlar verilir və eləcə də İranın Hizbullah qruplaşması İsrailə çox qısa zaman ərzində hücum edəcəyini bildirir. Hətta İranın ali dini ideri də öz sosial şəbəkə hesabında "Qisas və intiqam"mövzusunda öz fikirlərini bölüşüb”.
 
Bunu Moderator.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
 
 
O İran-İsrail müharibəsi haqqında verilən proqnozlarla bağlı qeyd edib ki, İranın yaxın zamanda cavab tədbirini həyata keçirməyi gözlənilir:
 
“Bütün bunlar müharibə risklərini gücləndirir və belə ehtimallarda irəli sürülür ki, yaxın dövr ərzində İran öz cavab tədbirlərini həyata keçirə bilər. ABŞ bölgəyə çox güclü zərbə qüvvələrini, aviadaşıyıcılarını cəlb etməklə, müharibənin miqyasını azaltmağa və yaxud strateji müttəfiqi hesab olunan İsraili qorumağa cəhd göstərir. Bununla bağlı siyasi diplomatik danışıqlar da gedir, təmaslar gücləndirilir. Amma digər məknalarda da İran öz gücünü İsrailə də, ABŞ-a da göstərə bilər. Yaxın şərq elə bir coğrafiya və məkandır ki, burada digər bölgədə də eskalasiya yarana bilər və bölgə tamamilə "barut çəlləyi"nə çevirilib. İsrail bunu nəzərə almalı idı ki, İranın cavabı güclü ola bilər və artıq ABŞ-da belə bir diplomatiya həyata keçirdir ki, İsrailin istənilən addımlarını yumuşaltmaq, İsrailin hücumlarına qarşılıq olaraq, hər hansısa geniş miqyaslı əməliyyatların baş verməməsi üçün təkidlə çalışmaq siyasəti yürüdülür. Amma bu siyasət öz nəticəsini verməyə bilər. Elə bir şərait yarana bilər ki, müharibə qaçılmaz olsun. Eyni zamanda mən də elə düşünürəm ki, İran bu və digər formada öz cavabını həyata keçirəcəkdir. Bu nə qədər geniş bir coğrafiyanı əhatə edəcək, nə qədər müddət müharibə olacaq, bu, əlbəttəki qarşıdakı dövr ərzində məlum olacaq”.
 
Vüsalə İbrahimli
Moderator.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
26
moderator.az

10Mənbələr