AZ

Kevin Kostnerin qalmaqallı filmi festivalda

Amerikan aktyor və rejissor Kevin Kostnerin qalmaqallı "Horizontlar 2. Amerika saqası" filmi Venesiya festivalında nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, Kevin Kostner ABŞ-dakı Vətəndaş müharibəsindən bəhs edən filmin həm rejissoru, həm ssenari müəllifi, həm prodüseri, həm də baş rolunun ifaçısıdır. Filmdə Sienna Miller, Sem Uortinqtonom, Cena Meloun və Denni Hyuston da rol alıb.

Filmin birinci hissəsi may ayında Kann festivalında göstəriləndə mənfi rəylər almışdı. "Filmdə süjet və struktur olmalıdır, filmin əvvəli, ortası, axırı olmalıdır. "Horizontlar"da bunların heç biri yoxdur", - deyə mətbuatda yazırdılar. ABŞ prokatında da film uğur qazana bilməmişdi.

Venesiya festivalında filmin hər iki hissəsinin göstərilməsi planlaşdırılır.

Qeyd edək ki, iki hissənin birlikdə metrajı altı saata yaxındır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
kulis.az

10Mənbələr