AZ

Dünyanın ən böyük meşələri - ARAŞDIRMA

Planetimiz olduqca zəngin və rəngarəng təbiətə mailkdir. Meşələr də bu sadaladığımız gözəlliklərin əsas səbəblərindəndir. Onlar quru kütləsinin böyük bir hissəsini əhatə edir. Oksigen təmini, iqlimi tənzimləmək, biomüxtəlifliyin qorunması və insanlara müxtəlif resurslar bəxş etmək kimi bir çox funksiyaları var.

Bəs görəsən dünyanın ən böyük meşələri hansılardır?

Sundarban — Hindistan ilə Banqladeşin sərhədində yerləşən dünyanın ən böyük manqrov meşəsidir. Adı, Benqal dilində gözəl meşə mənasını verən həmin yerin Hindistandakı hissəsi milli park elan edilib. Sundarban Qanq çayının dənizə töküldüyü ərazidə yerləşir. Qanq burada delta əmələ gətirib. Bu səbəblə sözügedən bölgədə çoxlu sayda xırda ada və bataqlıq yaranıb. Həmin ərazidə dəniz suyunun duzlu olması ilə bağlı olaraq duzlu su heyvanlarına rast gəlmək mümkündür.

Dünyanın ən böyük qaya meşəsi isə Madaqaskarda təbii olaraq yaranan və dünyanın ən böyüyü olan qaya meşəsi, son dərəcə təəccüblü coğrafiyasıyla diqqət çəkir. 370 kvadrat kilometrlik sahədəki qayalıqlar 11 lemur növü ilə qarşılaşmaq mümkündür. Alpinistlər də yüz metr yüksəklikdəki qayalara böyük rəğbət göstərir və dik qayalara dırmaşırlar.

Planetimizin ən böyük meşə sahəsinə sahib ölkə isə təbii ki, Rusiyadır. Çünki Yer kürəsinin ən böyük ölkəsidir. Rusiya ərazisinin təxminən 50% -i 8 milyon kvadrat/km sahəsi olan meşələr tutur. Bu, Çin, ABŞ, Kanada, Braziliya və Avstraliya istisna olmaqla, dünyanın hər hansı digər ölkəsinin ümumi sahəsindən daha çoxdur.

Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
39
missiya.az

10Mənbələr