AZ

Qırtlaqda qalan yad cisimlərin fəsadları » Medical Media


Çox vaxt bronx və traxeyaya sürüşüb düşən yad cisimlər nadir hallarda qırtlaqda ilişib qalır. Əsasən uşaqlarda görülən bu problem bəzən yetkin insanlarda da müşahidə edilir. 

Adətən qırtlaq bölgəsində kəskin kənarlı ( balıq, ət sümükləri, qoz fındıq qabığı və s.) və böyük ölçülü yad cisimlər ilişib qalır. 
Bu kimi hallarda güclü öskürək, qırtlaqda ağrı, səsin xırıltılaşması, tənəffüs pozulması müşahidə edilir.

Yeni Klinikaya boğazda ağrı, udqunmada çətinlik şikayətilə müraciət edərək qırtlaq bölgəsində yad cisim aşkarlanan 61 yaşlı pasiyentin üzləşdiyi fəsadları buna misal göstərə bilərik.

Belə ki, klinikaya müraciət edən zaman danışa bilməyən, boyun hərəkətlərində məhdudlaşma müşahidə olunan pasiyentin qırtlağındakı yad cisim LOR cərrah Nərmin Əyyubova və Yeni Klinika komandası tərəfindən çıxarılıb. 

Məlumat üçün bildirək ki, tənəffüs yollarına düşən yad cismin uzun müddət qalması iltihabi prosesə və digər ağırlaşmalara səbəb olur. Bu kimi hallarda dərhal həkimə müraciət etməyiniz vacibdir.
Seçilən
73
medicalmedia.az

1Mənbələr