AZ

“Apple” rəqəmsal xidmətlər departamentində ixtisarlar edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” rəqəmsal xidmətlər departamentində çalışan 100 nəfəri işdən çıxarıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkəti rəqəmsal xidmətlər departamentində çalışan 100 nəfərlə yollarını ayırıb.

İxtisarlardan təsirlənən əsas qrup "Apple Books" tətbiqi ilə əlaqəli bölmədə işləyən komanda olub. 

Xatırladaq ki, 2010-cu ildə o vaxtkı CEO Stiv Cobs tərəfindən iPad-in debütü ilə birlikdə təqdim edilən "Apple Books" "Apple"ın gözləntilərini tam olaraq qarşılamayıb. Bu ixtisarlar göstərir ki, "Apple Books" gələcəkdə "Apple" üçün investisiya sahəsi olmayacaq.

"Apple News"da işləyən komanda da digər xidmət qrupları ilə birlikdə ixtisarlardan təsirlənib.

Qeyd edək ki, "Apple"ın son rüblük qazancında xidmətlər onun gəlirinin 28 faizini təşkil edib. Lakin bu gəlirin əhəmiyyətli bir hissəsi çox güman ki, tətbiqdaxili alışlar və App Store abunəliklərindən əldə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
banco.az

10Mənbələr