AZ

31 yaşında Nobel mükafatı alan alim vəfat etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çin əsilli ABŞ-li fizik, fizika üzrə Nobel mükafatı laureatı Li Çjendao 97 yaşında San-Fransiskoda vəfat edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o 1926-cı ildə Şanxayda anadan olub. 1946-cı ildə ABŞ-yə köçən Çjendao Çikaqo Universitetində təhsil alıb.
O, 1956-cı ildə 30 yaşında bu ali təhsil ocağının ən gənc professoru olub və bir il sonra Nobel mükafatına layiq görülüb. Çjendao tarixdə ikinci ən gənc mükafatçı olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
oxu.az

10Mənbələr