AZ

İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırdı

İsveç hökuməti Ukraynaya 444 milyon dollar məbləğində növbəti hərbi yardım paketi ayırıb.
 
Moderator.az publika.az-a istinadən xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, yardım paketinə qumbaraatanlar, tank əleyhinə silahlar, müxtəlif texnika, eləcə də digər silah-sursatlar daxildir.
 
Bu, İsveç hökumətinin Ukraynaya təqdim etdiyi 17-ci hərbi yardım paketidir.
 
İsveç, həmçinin Kiyevə bu il ərzində müxtəlif təşəbbüslər üçün 700 milyon İsveç kronu (67,5 milyon dollar) məbləğində maliyyə yardımı edəcəyini açıqlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
10
moderator.az

10Mənbələr