AZ

Polisin mühafizəsi altında olan kriminal jurnalist öldürüldü

Naməlum şəxslər polisin himayəsində olan meksikalı kriminal jurnalist Alejadro Martinezi güllələyiblər.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Meksikanın mərkəzi Quanaxuato əyalətində naməlum şəxslər Martinezi iki cangüdəni ilə avtomobildə gedərkən onu güllələyiblər. Mühafizəçilər atəşə cavab verə bilsələr də, jurnalisti xilas edə bilməyiblər. O, hücum zamanı başından aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

50 yaşlarında olan Martinez 340.000-dən çox izləyicisi olan məşhur "Facebook" xəbər agentliyini idarə edirdi.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
15
unikal.az

9Mənbələr