AZ

950 nəfər deputat mandatı üçün mübarizə aparacaq

Mərkəzi Seçki Komissiyası tərəfindən sentyabrın 1-də növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 950 nəfərin namizədliyi qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 
 
O həmçinin bildirib ki, qeydiyaytdan keçən 24 partiyanın 287 nəfəri seçkilərdə təmsil olunacaq. 
 
Bu il ilk dəfə Qarabağda seçki məntəqələrinin sayı da artırıalraq 55-ə çatdırılıb. 
 
Sentyabrın 1-də seçkiləri boykot elan edən partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. 

Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 
 
 
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
3
anews.az

10Mənbələr