AZ

Nigeriyada silahlı insident, ölənlər var

Nigeriyanın cənubundakı İmo əyalətində törədilən silahlı hücumda 8 nəfər həyatını itirib.

İmo əyalətinin polis komissarı Aboki Danjuma verdiyi yazılı açıqlamada hücumun Onuimo bölgəsində naməlum şəxslər tərəfindən həyata keçirildiyini bildirib.
Hücumda 8 nəfərin öldüyünü qeyd edən A. Danjuma çox sayda insanın yaralandığını qeyd edib.
A.Danjuma təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini  və hadisə ilə bağlı araşdırmalara başlanıldığını söyləyib.
Qeyd edək ki, belə hücumlar vaxtaşırı Nigeriyanın cənubundakı separatçı Biafra Yerli Xalqları (IPOB) tərəfindən həyata keçirilir.
Martın 29-da ölkənin cənubunda həyata keçirilən əməliyyatlar zamanı 16 İPOB üzvü saxlanılıb.
Biafra xalqının Nigeriyanın cənubunda müstəqil dövlət qurmaq tələbi ilə üsyan etməsi nəticəsində  1967-ci ildə başlayan vətəndaş müharibəsində milyonlarla insan həyatını itirdi.
1967-ci ildə ölkənin cənub-şərqində qurulan Biafra Respublikası vətəndaş müharibəsindən sonra yenidən Nigeriyanın nəzarətinə keçdi.
Nigeriya dövlətinin terror təşkilatı elan etdiyi İPOB hələ də müstəqil dövlət qurmaq istəyir.



Seçilən
107
23
trt.net.tr

10Mənbələr