AZ

Mərkəzi Bank iki MMC-yə elektron pul və ödəniş sistemi ilə bağlı lisenziya verdi

Mərkəzi Bank iki MMC-yə lisenziya verib.

Day.Az xəbər verir ki, bu barədə AMB-nin məlumatənda deyilir.

Bildirilib ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

"Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə "PulPal" MMC-yə elektron pul təşkilatı, "Global İnnovations" MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır", - qurumdan bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
15
day.az

10Mənbələr