AZ

Mərkəzi Bank elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək istəyən şirkətə lisenziya verib

Bakı. Trend:

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AzərbaycanRespublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçünlisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiştəşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarəHeyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “Qoldenpey” ASC-yəelektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verənmüddətsiz lisenziya təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçünlisenziyanın əldə edilməsinə dair müraciət etmiş digərtəşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödənişxidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlıməlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsiləaçıqlanır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
23
az.trend.az

10Mənbələr