AZ

Ayı balıqçını parçaladı

Rusiyanın Maqadan vilayətinin Verxniy Seymçan kəndi yaxınlığında ayı balıqçını parçalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Oxotnadzor" bölgə departamentinin rəhbəri Yelena Slobodyanyuk məlumat verib.

"Şəxsin müayinəsi zamanı məhz qonur ayının ona hücum etdiyinə dair əlamətlər aşkarlandı. Əldə etdiyimiz məlumata görə, 41 yaşlı sakin balıq ovundan qayıdarkən maşını xarab olub və o, gecə piyada getmək qərarına gəlib", - deyə Slobodyanyuk bildirib.

Hadisədən sonra araşdırmalara başlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Qeyd edək ki, Kamçatkanın Sobolevo kəndində qonur ayıların kütləvi şəkildə insanların qarşısına çıxması ilə əlaqədar yüksək xəbərdarlıq rejimi tətbiq edilib. Tətbiq olunan rejimlə əlaqədar rayon sakinlərinə tövsiyə olunur ki, nəqliyyat vasitələrində hərəkəti məhdudlaşdırsınlar, saat 20:00-dan sonra uşaqların küçəyə çıxmasına icazə verməsinlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
milli.az

4Mənbələr