AZ

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, sabahBakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuzkeçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər mülayim şimal-qərbküləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° olacaq. Atmosfertəzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubətgecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlardafasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-38°, bəzi yerlərdə40°, dağlarda gecə 13-18°, gündüz 21-26° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
2
az.trend.az

10Mənbələr