AZ

Suraxanıda Zəfər Günü qeyd edildi

Noyabrın 7-də Suraxanı rayonunda Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr – Zəfər günü” münasibətilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.

“Qafazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhidlərimizin ailə üzvləri və qaziləmiz, Milli Məclisin deputatları, iştirak ediblər.

İlk öncə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzərək xatirəsi ehtiramla anılıb.

Sonra rayon məktəblilərinin təqdimatında “Qarabağ – Zəfər guşəsi” adlı sərgiyə baxış keçirilib. Sərgidə Qarabağımızın milli geyimləri, musiqisi, mətbəxi, xalçaları və digər nümunələr nümayiş olunub.

Ümummilli lider, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə 44 günlük Vətən Müharibəsində qazanılmış Şanlı Qələbəmizə həsr olunan video-çarx nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı: “Qazandığımız haqq savaşı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək”.

Daha sonra tədbir incəsənət xadimlərinin və sevimli ifaçıların konsert proqramı ilə davam edib.











Seçilən
733
11
qafqazinfo.az

10Mənbələr