AZ

Fiziki fəallıq hamiləlik dövründə qan dövranını yaxşılaşdırır - SN

Bakı. Trend:

Fiziki fəallıq hamiləlik dövründə qan dövranını yaxşılaşdırır,əzələləri gücləndirir və ümumi sağlamlığa müsbət təsir edir.Təbiətdəki gəzintilər və günəş işığı ananın əhval-ruhiyyəsiniyüksəldir, yuxunun keyfiyyətini artırır və depressiya riskiniazaldır. Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq vəGinekologiya İnstitutunun mama-ginekoloqu Gülnaz Rəsulovadeyib.

Trend G. Rəsulova ilə müsahibəni təqdim edir:

- Gülnaz xanım, yay aylarında havaların isti keçməsi hamiləqadınların sağlamlığına necə təsir edə bilər?

- Yay fəslinin gəlişi xüsusilə hamilə qadınlar üçün bir sıraüstünlüklər gətirə bilər. Bu dövr artan günəş işığı ilə müşayiətolunur. Bu da hamilələrin sağlamlığı və yaxşı əhval-ruhiyyəsinəmüsbət təsir edir. Hamiləlik müddətində qadınlar orqanizmlərindəbaş verən dəyişiklikləri həyəcanla izləyir və hər bir müsbət halıgələcək körpələri üçün yaxşı bir işarə kimi qəbul edirlər.
Günəş işığı D vitamini almağın təbii və ən yaxşı mənbəyidir. Hamiləqadınlar üçün bu vitamin son dərəcə mühümdür. Havaların istiləşməsivə günəşli günlərin artması ilə bədən daha çox D vitamini sintezedir. Bu da gələcək ananın və doğulacaq körpənin sağlamlığınamüsbət təsirini göstərir.
Havaların istiləşməsi açıq havada gəzinti və ya yüngül idmanhərəkətləri ilə məşğul olmaq imkanı verir. Fiziki fəallıq hamiləlikdövründə qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir vəümumi sağlamlığa müsbət təsir edir. Təbiətdəki gəzintilər və günəşişığı ananın əhval-ruhiyyəsini yüksəldir, yuxunun keyfiyyətiniartırır və depressiya riskini azaldır.

- İsti havanın hamilələrə yaşatdığı narahatçılıqlar nədənibarətdir?

- Havaların isti keçməsi hamilə qadınlara çoxsaylı müsbəttəsirlər göstərir. Lakin bu dövrün də öz spesifik riskləri var vədiqqətli olmaq hər zaman vacibdir. Belə ki, hamiləlik dövründəhormon səviyyələrinin dəyişməsi və bədən funksiyalarının fərqliişləməsi səbəbindən qadınlar ətraf mühitin fəsadlarına qarşı dahahəssas olurlar. Bu şəraitdə onların sağlamlığı və gündəlik həyatkeyfiyyəti müəyyən şəkildə təsirlənə bilər. İstilik və rütubətsəviyyələrinin artması hamilə qadınlar üçün bir sıra çətinlikləryaradır.
Yüksək hava temperaturu artıq tərləməyə və orqanizmin su itkisi vəelektrolit balansının pozulması ilə nəticələnmə ehtimalı var. Bu,ciddi hallarda susuzluğa və hətta ürək-damar problemlərinə yol açabilər. Hamilə qadının orqanizminin adi haldan daha çox suyaehtiyacı olduğunu nəzərə alsaq, xüsusilə yay aylarında suyunkifayət qədər qəbulu olduqca önəmlidir.
Eyni zamanda, günəş şüalarının dəridə yaratdığı zərər vəultrabənövşəyi şüaların təsiri də unudulmamalıdır. Hamilə qadınlardərilərini qorumaq üçün uyğun günəş kremi istifadə etməli və mümkünqədər günün qızmar saatlarında birbaşa günəş şüalarına məruzqalmaqdan çəkinməlidir.

- Doktor, hamiləlik zamanı səyahət etmək mümkündürmü?

- Hamiləlik dövründə yay aylarında səyahət etmək maraqlı vəzövqlü ola bilər. Lakin bəzi vacib qaydalara əməl etməklazımdır.
İlk növbədə, həkiminizlə məsləhətləşməniz çox önəmlidir, çünkihəkim sizin səyahət planlarınız üçün ən yaxşı məsləhəti verəcəkdir.Hamiləliyin müxtəlif həftələri fərqli risklər daşıyır. Əntəhlükəsiz səyahət dövrləri adətən hamiləliyin ikinci trimestrinə,yəni 14-28-ci həftələrə düşür. Bu dövr ümumiyyətlə qadının özünüdaha enerjili və rahat hiss etdiyi vaxtdır.
Səyahət edərkən rahat və geniş geyimlər geyinməyə üstünlük verin.Bu, sizi həm istidən qoruyar, həm də bədəninizi rahat saxlayar.Ayaqqabılarınızı da seçərkən diqqətli olun, rahat və dəstəkləyiciayaqqabıları seçmək ayaq yorğunluğunu azaldar.
Səyahət zamanı hərəkət intervallarına diqqət etmək də çox vacibdir.Uzun müddət oturmaq hamiləlik dövründə arzuolunmazdır. Hər saatdanbir qısa gəzintilər qan dövranınızı stimullaşdırmağa köməkedəcəkdir.
Hamiləlik dönəmi düzgün planlaşdırma və lazımi tədbirlər görərək,səyahət etmənin tam mümkün olduğu bir dövrdür.

- Hamiləlik zamanı dənizdə və hovuzda üzmək təhlükəsizdirmi?

- Müasir tibbi araşdırmalara görə, hər hansı ciddi əksgöstərişlər olmadığı təqdirdə üzmək hamilə qadınlar üçünfaydalıdır. Üzmək həm də doğuş zamanı daha yaxşı fiziki hazırlıq vədayanıqlıq təmin edə bilər.
Dənizdə üzüb-üzməmək məsələsində diqqət yetirilməli olan bir neçəvacib məqam var. Dənizdə üzərkən, dalğalar diqqətdən kənarqalmamalıdır. Güclü dalğalar yıxılma və ya yaralanma riskiniartırır. Çimərlikdə isə günəş kremlərindən istifadə etməyiunutmayın, çünki hamiləlik müddətində dəri daha həssas olur.
Hovuzda üzmək, adətən, daha təhlükəsiz seçim olaraq qəbul edilir.Hovuz suyu adətən təmiz və təkrar-təkrar filtrasiya olunur, bu isəinfeksiya riskini azaldır. Eyni zamanda, dalğaların olmadığımülayim mühit hamilə qadınlar üçün daha rahat və optimalseçimdir.
Ümumiyyətlə, üzmək əzələlərin gücləndirməsi və stressdən qurtulmaqüçün əla bir fəaliyyət növüdür. Lakin, hovuzların xlor səviyyəsi dənəzərə alınmalıdır. Çox yüksək xlor səviyyələri dəridə qıcıqlanma,gözlərdə yanma kimi problemlərə səbəb ola bilər. Buna görə də xlorsəviyyəsini mütləq yoxlamaq və nəzərə almaq vacibdir.

- Hamilə xanım istivurma və günvurma ilə qarşılaşarlarsa, buzaman ilk yardım necə olmalıdır?

- İstivurma və günvurma bədən temperaturunun kəskin artması iləxarakterizə olunan ciddi patoloji vəziyyətlərdir. İstivurma xaricitemperaturun yüksəlməsi və adekvat maye qəbulunun olmamasınəticəsində baş verir. Tipik əlamətlər arasında baş ağrısı, başgicəllənməsi, ürəkbulanma və halsızlıq yer alır.
Günvurma isə uzun müddət birbaşa günəş şüasına məruz qalmaqlayaranır və bədənin özünü soyutma mexanizmlərinin pozulması, çoxyüksək qızdırmaya səbəb olur. Bu hal sərbəst istilik itkisi mümkünolmadığı üçün bədən temperaturunun daha sürətlə qalxmasına gətiribçıxarır və tez müdaxilə edilməsi məsləhətdir.
İlk yardım tədbirləri sırasında hamilə qadının sərin və kölgəli biryerə köçürülməsi, bədənin soyudulması üçün kompreslərin tətbiqedilməsi, bol miqdarda su və elektrolitlə zəngin içkilərinverilməsi mühüm önəm daşıyır. Günvurma halında isə, baş dərisininsoyudulması və nəfəs almağın asanlaşması üçün sərin bir yerinyaradılması, mümkünsə, ventilyasiyanın təmin edilməsi lazımdır. Həriki halda əlamətlər davam edərsə və ya kəskinləşərsə, dərhal tibbiyardıma müraciət edilməlidir.
İstivurma və günvurma, xüsusilə hamilələr üçün ciddi riskləryaradır. Bu vəziyyətlərin təsirindən qorunmaq və ya azaltmaq üçünprofilaktik tədbirlərin görülməsi vacibdir. Hər iki vəziyyətinqarşısını almaq üçün kifayət qədər maye qəbulu, günəşdən qoruyucugeyimlər və fiziki fəaliyyəti məhdudlaşdırmaq mühüm əhəmiyyət kəsbedir. İlk yardım üsullarını bilmək, erkən müdaxiləni təmin etmək vətibbi yardımı tez bir zamanda almaq bu vəziyyətlərdə önəmli roloynayır. Hamilələr üçün sağlam və təhlükəsiz bir mühitin təminedilməsi hər zaman ön planda olmalıdır.

- Son olaraq bilmək istərdik ki, yay aylarında hamilə qadınlarəsasən nəyə diqqət yetirməlidirlər?

- İsti yay günlərində hamilə qadınlar müəyyən çətinliklərləüzləşsələr də, düzgün yönləndirilmə ilə bu dövrün üstünlüklərindənyararlana bilərlər. Günəşin ən intensiv olduğu saatlarda çöləçıxmaq tövsiyə olunmur. Gündə 10-15 dəqiqə günəşdə olmaqkifayətdir. Dərinizin zərər görməməsi üçün günəş kremlərindənistifadə edin.
Havaların isinməsi ilə orqanizm daha çox maye itirir. Gün ərzindəən az 8-10 stəkan su içmək tövsiyə olunur və mümkünsə, tərkibindəkofein və şəkər olan içkilərdən uzaq durun. Eyni zamanda, qidalarınmüxtəlifliyinə diqqət yetirin ki, həm zülal, həm yağ, həm dəkarbohidrat ehtiyaclarınızı qarşılaya biləsiniz. Toyuq, balıq, südməhsulları, dənli bitkilər və yaşıl yarpaqlı tərəvəzlərəpəhrizinizdə yer verin. Təzə meyvə və tərəvəzlər vitamin və mineralbaxımından zəngindir. Yay aylarında bol olan qarpız, yemiş, albalı,şaftalı kimi meyvələr həm susuzluğu yatırar, həm də vitaminehtiyaclarını qarşılayar.
Bundan əlavə, açıq havada gündəlik gəzintilər, yüngül idmanhərəkətləri və hamilə yoqası ilə məşğul olun. Bu, həm bədəniniz,həm də psixoloji durumunuz üçün faydalıdır. Təbii materiallardanhazırlanan, rahat və yüngül geyimlər seçin ki, bədəniniz rahatnəfəs ala bilsin.
Hamiləlik dövrü qadının həyatında unudulmaz və əvəzsiz bir zamankəsiyidir. Müntəzəm müayinələr, sağlam həyat tərzi və balanslıqidalanma ilə yay aylarında hamiləlik dövrünü asanlıqla və rahatşəkildə keçirmək mümkündür.

Məqalədə:
Seçilən
63
5
az.trend.az

6Mənbələr