AZ

Koroğlu parkında azyaşlı uşağı cərəyan vurdu - TƏBİB » Medical Media


Koroğlu parkında azyaşlı uşağı cərəyan vurub.

Bu haqda TƏBİB məlumat verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, Koroğlu parkı ərazisində yerləşən dayanacaqdan 4 yaşlı oğlan uşağını elektrik cərəyanının vurması səbəbilə çağırış daxil olub.

azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Tibb müəssisəsində azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. 

Tam yaxşılaşma ilə, kardioloji, nefroloji və ya digər ağırlaşmalar olmadan evə buraxılıb. Ambulator elektrik yanığı yarasına qulluq və kardioloq nəzarəti məsləhət görülüb.

Seçilən
27
medicalmedia.az

1Mənbələr