AZ

Harris və Trampın Ukrayna planı: ümid və qorxu...

ABŞ-ın yeni prezidenti yanvarda fəaliyyətə başlayacaq. Hər iki namizəd daha əvvəl Ukraynadakı müharibə ilə bağlı strategiyalarını açıqlasa da, həm Donald Trampın, həm də Kamala Harrisin açıq bəyanatları onların əslində necə hərəkət edəcəklərini əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko”da dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, Baydenin seçki kampaniyasından geri çəkilməsindən sonra Kamala Harris Ukraynadakı müharibə ilə bağlı hələlik heç bir ciddi açıqlama verməyib.

Bununla belə, o, bu ilin iyununda İsveçrədə keçirilən Qlobal Sülh Sammitində iştirak edib. Orada bildirib ki, Amerikanın strateji maraqları Ukraynaya güclü dəstəkdir. Eyni zamanda, onun prezident kimi siyasətinin Baydendən daha həlledici olacağına ümid var.

Tramp isə hələ son sözünü deməyib. Bundan əvvəl eks-prezident müharibəni 24 saat ərzində bitirmək barədə son dərəcə şübhəli vəd vermişdi.

Bu gün hər kəs Trampın bu vədi necə yerinə yetirməyə çalışacağına ümid və qorxu ilə yanaşır.

Seçilən
133
2
axar.az

10Mənbələr