AZ

100 min israilli ölkəsinə qayıda bilmir

Ən azı 100 min israilli Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailə uçuşların kütləvi şəkildə ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilmir.

Demokrat.az xəbər verir ki, bu barədə İsrailin “12-ci Telekanalı” məlumat yayıb.

Xaricdən qayıdan İsrail vətəndaşlarına Yunanıstan və ya Kiprə getmələri tövsiyə olunub.

Vəziyyətlə bağlı İsrail Xarici İşlər Nazirliyi xüsusi onlayn xidmət işə salıb. Bu xidmət vasitəsilə insanlar yerlərini bildirə və ölkəyə qayıtmaq üçün əlavə məsləhətlər ala bilərlər.

Seçilən
68
5
demokrat.az

8Mənbələr