AZ

Hava Qüvvələri Günündə F-16 qırıcıları Ukrayna səmasında görünüb - FOTO/VİDEO

"Bu qırıcıların sayı azdır, amma hər şey hələ qarşıdadır..."
 
Ukraynaya nə qədər F-16 qırıcıları lazımdır və onların istifadəsi üçün hansı problemlər mövcuddur?..
 
Ukraynanın Hava Qüvvələri Günündə Qərb tərəfdaşları tərəfindən verilən ilk F-16 qırıcıları nümayiş etdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "unn.ua" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, prezentasiyada çıxış edən prezident Vladimir Zelenski çoxdan gözlənilən təyyarələrin hansı vəzifələri icra edəcəyini açıqlamayıb.
 
Bu zaman o, qeyd edib ki, USQ Hava Qüvvələrinin inkişaf etdirilməsi Koalisiyasından olan tərəfdaşlarımız Ukraynaya nə qədər təyyarələrin lazım olduğunu bilir.
 
"Hələlik Ukraynada olan təyyarələrin və təlim keçmiş pilotların sayı yetərli deyil. Müsbət olan odur ki, biz əlavə F-16-lar gözləyirik. Müsbət olanı həm də odur ki, təlim keçənlərimiz çoxdur. Mən məşq edənləri nəzərdə tuturam. Biz bunun üzərində işləyirik, bu, bizim üçün çox vacibdir", - Zelenski bəyan edib.
İyulun sonunda KİV-lər məlumat verib ki, Ukrayna ilk F-16  təyyarələrini əldə edib. Söhbət Niderlanddan alınan altı təyyarədən gedir. 
 
Təyyarələr artıq Ukrayna səmasında HHM qismində fəaliyyətə başlayıb, bu barədə "The Telegraph" nəşri yazıb.
 
"The Economist" nəşri məlumat verib ki, iyulun son günündə Bayden administrasiyasının özünün daha fəal Avropa müttəfiqlərinə yaşıl işıq yandırandan sonra Ukrayna Qərbin ilk on ədəd qırıcılarını əldə edib. 
 
Nəşr qeyd edib ki, bütövlükdə Ukrayna müttəfiqlərindən 79 ədəd F-16 almalıdır. O cümlədən 2024-cü ilin sonunadək 20 ədəd əldə etməlidir. Qalanları Ukraynaya 2025-ci ildə hissə-hissə veriləcək.

 

"Defence Express" nəşrinin baş redaktoru Oleq Katkovun fikrincə, Ukrayna yaxın illərdə kifayət qədər F-16 qırıcılarını əldə edəcək. 
 
Onun sözlərinə görə, problem təkcə 128 təyyarənin haradan əldə edilməsində deyil, həm də pilotların və qırıcıların yerləşdirilməsi üçün hava limanlarının çatışmazlığındadır.
 
Bu arada isə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) məlumat verib ki, Ukrayna F-16 təyyarələrini adi vəzifələrin icrasına yönəldə bilməz. Buna səbəb odur ki, bunun üçün daha çox təyyarə lazımdır.
 
Seçilən
187
50
moderator.az

10Mənbələr