AZ

Bu qidalardan UZAQ DURUN-XƏBƏRDARLIQ » Azia.az

- Çünki anamı çox istəmişəm. O da mənə evlənəndən sonra ana qayğısını hiss etdirib, hər şeyim olub. Yoldaşım kömək etdi, Bülbül adına orta ixtisas məktəbini bitirdim, amma sonra Pedaqoji Universitetə daxil oldum. İlk ustadım da həyat yoldaşım olub. Oxumasa da musiqini məndən yaxşı bilir.- Oxuma desə, sənəti atacaqdınız?- 2 il oxumağıma icazə vermədi, oxumadım. Amma elə bərk xəstələndim ki, həkimə aparmalı oldu. Depressiyaya düşmüşdüm. Dedi bu qızın səsini əlindən almısan, qoy oxusun düzələcək. Başladım yenidən oxumağa və hər şey keçdi getdi. Anamdan sonra həyatımda ən çox rol oynayan insan o olub. Bu yaxınlarda bir ağır xəstəlikdən keçdim. Düzdür, media yazdı ki, məndə xərçəng tapılıb, Allaha şükür xoş xassəli şiş oldu, bəd deyilmiş. Düşmənlərim elə bildi, öləcəm, amma ölmədim, əfsanə geri döndü. Xəstələnəndə gördüm ki, bu həyatda dost, yoldaş, bacı, qardaş hamısı özünədir. Elə bildilər öləcəm, maraqlanan olmadı, sağalandan sonra yazanlar mənə lazım deyil. - Kimdir ki, sizin düşmənləriniz?- Adamın düşməni yaddan olmur, doğmalarından olur. Amma indi onların adlarını çəkib reklam eləmək istəmirəm. Canımdan, qanımdan olan adamlar idilər. Arxadan zərbə vurdular mənə. Yoldaşıma böhtan atdılar, bir nəfəsdə sildim. Nə zaman gəlib ondan üzr istəyərlər, bəlkə onda bağışlayaram. Mən bağışlamağı bacarmıram. Mən Allahdan sonra həyat yoldaşımdır deyirəm, ona görə bütün dünyanı qarşıma alaram.- Yoldaşımın ayağını yuyuram deməklə dilə-dişə düşdünüz.- Yoldaşımın ayağının, ayaqqabısının tozuna qurban olaram. Bu söz niyə trend oldu anlamıram. A balam, qadın yoldaşının ayağını yuyar da. Hər gün corablarını özüm geyindirib işə yola salıram. Onurğasında problem yaranmışdı. Onu əzizləyə-əzizləyə özüm yuyundururdum, kim eləməlidir ki, bəyəm? O evə gəlmədən biz evdə süfrəyə əl uzatmırıq. Süfrə açılmır. Mənim ailəm mənim dünyamdır və həyatda mənə hər şeydən əzizdir. Deyirlər bəlkə əri imkanlı kişidir, ona görə onu belə sevir. Yox, adi dövlət məmurudur. Əsəbiləşəndə üzünü görmə. Mən onun dilini bilirəm. Amma onun üstümdə haqqı var və ona belə sevgi göstərirəmsə, bu  sevgini o özü qazanıb. Ondan sevgi gözləməmişəm, qadın özü-özünü sevdirməlidir. Öz əməlləri ilə. Qadın kişinin güzgüsüdür. Qadına baxıb onun ərinin necə biri olmasını anlamaq olar.Onun səhvi də mənim üçün düzdür. Əsəbi olanda cavab vermirəm. Hirsi soyuyandan sonra deyirəm bəlkə filan məsələni elə yox belə eləsək yaxşı olardı. O da etiraz eləməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
23
azia.az

10Mənbələr