AZ

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının I turunda bu gün daha iki oyun baş tutacaq.Elchi.az  xəbər verir ki, əvvəlcə “Sabah” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.“Bank Respublika Arena”da baş tutacaq görüşə 17:30-da start veriləcək.I turun son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. “Səbail” səfərdə “Zirə”nin qonağı olacaq. Bu qarşılaşma 20:00-da başlayacaq.Azərbaycan Premyer LiqasıI tur4 avqust17:30. “Sabah” – “Şamaxı”Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.VAR: Tural Qurbanov.AVAR: Elşad Abdullayev.Hakim-inspektor: Vüsal Əliyev.AFFA nümayəndəsi: Seymur Səlimli.Masazır, “Bank Respublika Arena”.20:00. “Zirə” – “Səbail”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.VAR: Nicat İsmayıllı.AVAR: Vüsal Məmmədov.Hakim-inspektor: Asim Xudiyev.AFFA nümayəndəsi: Eldəniz Musayev.Zirə İdman Kompleksinin stadionu.Qeyd edək ki, mövsümün açılış matçında “Qarabağ” səfərdə “Araz Naxçıvan”a 4:1 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan “Neftçi” – “Turan Tovuz” matçında qol vurulmayıb. “Sumqayıt” isə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
42
elchi.az

10Mənbələr