AZ

Premyer Liqa: “Qarabağ” heç vaxt uduzmadığı Zirə səfərində

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Günün yeganə oyununda “Zirə” son çempion “Qarabağ”ı qəbul edəcək. Bu, sözügedən klublar arasında 36-cı qarşılaşma olacaq. Əvvəlki 35 oyunda “Zirə” cəmi 1 qələbə qazanıb. 11 görüş heç-heçə bitdiyi halda “Qarabağ” 23 qələbəyə sevinib.

“Zirə” evdə bu rəqibi üzərində heç vaxt qələbə qazanmayıb. “Qarabağ” son 5 səfərdə xal itirməyib.

Həm Qurban Qurbanovun, həm də Rəşad Sadıqovun komandası cari mövsümdə 3 oyun keçirib və bunlardan ikisini qələbə, birini məğlubiyyətlə başa vurub. 6 xala malik komandalar 4-5-ci pillələri bölüşürlər.

Premyer Liqa
5-ci tur

30 avqust

“Turan Tovuz” – “Səbail” 1:0
Qol: Alexandro Serrano, 34.
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:45.

“Sumqayıt” – “Araz-Naxçıvan” 0:1
Qol: Miço Kuzmanoviç, 56.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

31 avqust

“Şamaxı” – “Neftçi” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 17:00.

“Kəpəz” – “Sabah” 2:3
Qollar: Viktor Braqa, 10. Lassana Ndiaye, 17 – Coy Lens Mikels, 53-pen; 85. Jesse Sekidika, 70.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Rauf Allahverdiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 19:30.

1 sentyabr

“Zirə” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 20:45.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
11
arena.az

10Mənbələr