AZ

Bugünkü oyunda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun baş tutub.

 

Modern.az xəbər verir ki, birinci turun ikinci qarşılaşmasında “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edib. “Neftçi Arena”da oynanılan görüş qolsuz heç-heçə ilə başa çatıb.

 

Bu oyun, həmçinin də Roman Qriqorçukun “Neftçi”də, Kurban Berdıyevin isə “Turan Tovuz”da baş məşqçi kimi ilk rəsmi oyunları olub.

 

Günün ikinci matçında “Sumqayıt” “Kəpəz”i sınağa çəkəcək. Mehdi Hüseynzadə adına stadionda reallaşacaq qarşılaşma 20:45-də başlayacaq.

 

Ötən gün mövsümün açılış oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, turun digər oyunları avqustun 4-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
4
modern.az

10Mənbələr