AZ

Zelenski Ukrayna vətəndaşlarının Livandan təxliyə edildiyini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Livanın təhlükəli ərazilərindən 30 ukraynalının təxliyə edildiyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bubarədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

“Hazırda dövlətimiz Yaxın Şərqdə Livanın təhlükəli bölgələrindən təxliyə işləri aparır. Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi 30 vətəndaşımızın çıxarılmasını təşkil edib, bunlar uşaqlı qadınlardır və hazırda təhlükəsiz yerdədirlər. Biz bu işi davam etdirəcəyik. Dünyanın bir yerində xalqımıza kömək etmək, onları evə gətirmək üçün nə vaxt ehtiyac olarsa, biz bunu edirik və edəcəyik”, – ölkə lideri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar Livanı tərk etmək istəyən imkansız vətəndaşlarını biletlə təmin etməyə hazır olduğunu bildirmişdi.

Seçilən
49
12
sia.az

10Mənbələr