AZ

Netanyahudan "islahatlar": Yaxın ətrafından bir neçə rəsmi məmuru işdən çıxarmağı düşünür

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qallantı işdən çıxarmağı, daha sonra isə İsrail Müdafiə Qüvvələrinin (İDF) rəhbərini və Daxili Kəşfiyyat İdarəsi Şin-Betin rəhbərini dəyişdirməyi planlaşdırır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Wallanews" xəbər agentliyinin müxbiri Tal Şalev Netanyahuya yaxın mənbələrin məlumatlarına əsaslanaraq bildirib.

Tal Şalevin sözlərinə görə, Yoav Qallantın işdən qovulması "əgər" məsələsi deyil, "nə vaxt" məsələsidir.

İsrailin "Kan"ın ictimai yayım kanalının əsas axşam xəbər proqramında danışan Şalev deyib ki, Netanyahu Qallantı ABŞ-yə səfərindən qayıtdığı zaman işdən çıxarmağı düşünsə də, "Hizbullah"ın Məcdəl-Şəmsə ölümcül hücumu və bu həftə terrorçuların iki rəhbərinin öldürülməsi səbəbindən bu, təxirə salınıb.

Müxbir əlavə edib ki, bəzi Netanyahuya yaxın mənbələrin sözlərinə görə, Yoav Qallantı əvəz etdikdən sonra baş nazir İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Qersi Halevi və Şin-Betin rəhbəri Ronen Barı istefaya göndərmək niyyətindədir.

Həmçinin qeyd edilib ki, "Yeni ümid" müxalifət lideri Qideon Saarın adı müdafiə naziri vəzifəsinə potensial namizəd kimi çəkilməyə davam edir, lakin o bunu inkar edir.

Şalevin sözlərinə görə, Netanyahunun bəzi müttəfiqlərinin Saarla bağlı şübhələri var, hansı ki, əvvəllər onun partiyanın lideri postuna namizədliyinə etiraz edib və bu da uğursuzluqla nəticələnib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
2
big.az

10Mənbələr