AZ

Netanyahu kadr dəyişiklikləri hazırlayır: Keçmiş XİN rəhbəri yeni müdafiə naziri ola bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə nazirini dəyişdirmək və siyasi koalisiya daxilində nazir postlarını yenidən bölüşdürmək imkanını nəzərdən keçirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Bildirilir ki, Netanyahu ilə hazırkı müdafiə naziri Yoav Qalant arasında fikir ayrılıqlarının kəskinləşməsi səbəbindən "Likud" partiyası daxilində onun mümkün əvəzlənməsi yenidən müzakirə olunmağa başlayıb.
Nəşrin qeyd etdiyi kimi, bu vəzifəyə əsas namizədlərdən biri ölkənin silahlı qüvvələrində təxminən 40 il xidmət etmiş, 2007-2011-ci illərdə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi vəzifəsini tutmuş 70 yaşlı istefada olan general Gabi Aşkenazidir. Aşkenazi 2020-2021-ci illərdə xarici işlər naziri vəzifəsini də tutub.
Məqalə müəlliflərinin məlumatına görə, Netanyahu Aşkenaziyə müdafiə naziri vəzifəsini hələ 2023-cü ilin oktyabrında təklif etməyi planlaşdırırdı: siyasətçilər hətta Baş Qərargahda görüş keçiriblər, lakin o zaman heç bir kadr dəyişikliyi edilməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
50
oxu.az

10Mənbələr