AZ

Riki Martin Bakıda ana dilimizdə danışdı — VİDEO

Dünyaca məşhur müğənni Riki Martinin Bakıdakı konserti baş tutub.

OLAY-ın məlumatına görə, ulduz “SeaBreeze”də reallaşan gecədə azərbaycanca danışaraq dinləyiciləri salamlayıb. 

Riki “Salam, necəsiniz?” dedikdən sonra ingilis dilində çıxışına davam edib:

“Çox sağ olun. Burada olmaqdan çox məmnunam. Düşünürəm ki, gözəl axşam olacaq. Sizin enerjiniz sayəsində gözəl bir axşam olacaq. Sizi gördüyüm, təbəssüm etdiyiniz üçün, rəqs etmə tərziniz üçün, enerjiniz üçün... Bu, çox güclüdür. Bu gecə mənim hekayəmdir. Musiqi vasitəsilə mənim hekayəm yazılacaq. Mənim yüksəlişlərim və enmələrim, enerjim, sevinc-kədər anlarım... Bu axşam hər şey burada – Bakıda olacaq. Mən yaxşı vaxt keçirmək üçün buradayam. Bakı, yaxşı vaxt keçirməyə hazırsınız? Sizdən dönə-dönə soruşacağam”. 

Sonda isə dünya ulduzu ana dilmizdə “Çox sağ olun” deyib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
demokrat.az

4Mənbələr