AZ

Ucarda ağır qəza: YARALILAR VAR

Ucarda ağır yol qəzası baş verib.

Busaat.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində maşınlardan biri yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı hər iki avtomobildə olan sürücü və sərnişinlərin ağır bədən xəsarəti aldıqları bildirilir. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
22
busaat.az

10Mənbələr