AZ

Cüdoçumuz yarımfinala keçə bilmədi - Paris-2024 

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançımiz l1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə qarşılaşıb.

Rəqibinə uduzan Kokauri təsəlliverici mübarizəyə qatılacaq.

---------
13:04

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Millimizin üzvü 100+ kq çəki dərəcəsində Finlandiya təmsilçisi Martti Puumalainenlə üz-üzə gəlib.

Təmsilmiz rəqibini ipponla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.

Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
13
referans.az

10Mənbələr