AZ

Hakan Fidan HƏMAS rəhbərliyi ilə GÖRÜŞDÜ – FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Türkiyəli nazir səfər çərçivəsində HƏMAS liderinin müavini Xalid Maşal və İsmayıl Haniyənin oğulları Abdüsselam və Hemmam Haniyə ilə görüşərək başsağlığı verib.

Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Haniyə bu gün Qətərdə son mənzilə yola salınacaq.




Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
bizim.media

10Mənbələr